watermark logo

Gobustone İstehsal müəssisəsi haqqında məlumat

25 צפיות· 04/19/20
Aryel Narvasa
Aryel Narvasa
מנויים
0

Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan gobustone məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

Qeyd edək ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi və digər obyektlərin inşasında istifadə olunmuşdur.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir.

להראות יותר

 0 הערות sort   מיין לפי


הבא